HHQ-nin hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksi açılıb Fotolar

Samir Soltanov/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hava hücumundan müdafiə bölməsinin yeni yaşayış kompleksinin açılışında iştirak edərək hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, nazirliyin rəhbərliyi bölmənin əsgər yataqxanasına, yeməkxanaya, tibb məntəqəsinə, sıra meydanına, idman şəhərciyinə, eləcə də digər xidməti və inzibati otaqlara baxış keçirib.

 

Sonra Müdafiə naziri döyüş növbətçiliyində dayanan çoxməqsədli radiolokasiya stansiyaları, atıcı qurğular və digər döyüş vasitələrinin təyinatı, eləcə də taktiki-texniki xassələri ilə maraqlanıb. 
Müdafiə nazirinə məruzə edilib ki, bölmənin sərəncamında olan müasir silah və döyüş texnikası bütün növ hava hədəflərinin aşkarlanması, uçuş parametrlərinin təyin edilməsi və müxtəlif maneələr şəraitində məhv edilməsi imkanına malikdir. 
Hava məkanının qorunması üzrə tapşırıqları yerinə yetirən bölmənin şəxsi heyətinin peşəkarlıq səviyyəsini və döyüş hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri HHQ-nin komandanlığına müvafiq tapşırıqlar verib.

22.11.2017 16:28 / Baxılıb: 53 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo