Ermənistan üçün Dağlıq Qarabağ tənzimlənməsində kifayət qədər çətin dövr başlayır

Ləman Hüseynzadə / AZADİNFORM. “Ermənistanda hərbi bazanın Rusiyanın nəzarəti altına keçməsinin ən əsas mahiyyəti Ermənistan hərbiçilərinin Türkiyə və Azərbaycanın Naxçıvan regionu ilə sərhəddə hərbi təxribat törətməsinin qarşını almaq idi”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib.

O bildirib ki, Dağlıq Qarabağ regionunda müharibə alovlanarsa, bu artıq Rusiyanın öz hərbi qüvvələrini Suriyadan geri çəkməsi ilə nəticələnə bilər: “Çünki Türkiyənin Ermənistanla müharibəyə qoşulması Rusiya üçün ikinci cəbhənin açılması deməkdir. Kürd faktoru sıradan çıxdıqdan sonra Rusiya başa düşür ki, ermənilərin təxribatı neytrallaşdırılmalıdır. Ona görə də Vladimir Putin Lavrovu regiona səfər göndərdi. Ehtimal ki, Putin Azərbaycan və Ermənistan prezidentlərinin görüş təşəbbüsünü irəli sürəcək”.

“Ermənistanın verdiyi açıqlamalardan başa düşülür ki, Rusiya Sankt-Peterburq Ermənistan isə Kazan variantı üzrə tənzimlənməyə hazırdır və ilk olaraq 5 rayon Azərbaycana qaytarılmalıdır”, - deyən politoloq əlavə edib ki, Ermənistan üçün Dağlıq Qarabağ tənzimlənməsində kifayət qədər çətin dövrün başladığı bir reallıqdır: “Əgər ermənilər özləri Dağlıq Qarabağ məsələsini tənzimləsəydilər hər halda çoxdan Azərbaycanla həm ikitərəfli, həm də regional əməkdaşlıq məsələlərini qurmuşdular”.

22.11.2017 16:11 / Baxılıb: 196 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo