Mərkəzi Bank AzMİU-nun tələbə və gənc müəllimlərinə sertifikatlar verdi

AZADİNFORM. Mərkəzi Bankın “Maliyyə savadlılığı” layihəsi çərçivəsində  17-24 oktyabr  tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində  (AzMİU) keçirdiyi seminarlarında iştirak edən universitetin Tikinti-iqtisad fakültəsinin tələbələrinə və Mərkəzi Bankla fəal əməkdaşlıq edən fakültənin bir qrup  gənc müəlliminə sertifikatlar təqdim olunub.

Universitetin rektoru Gülçöhrə Məmmədova  universitet və Mərkəzi Bank arasında  birgə əməkdaşlığının fakültənin tələbələri üçün olan əhəmiyyətinə toxunub.  Təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın genişləndirilməsinin tələbələrdə nəzəri biliklərlə yanaşı, praktik vərdişlərin aşılanmasında vacib rol oynadığını bildirib.

Digər çıxış edənlər  Mərkəzi Bankın nümayəndələri, Xidmət sahələrinin iqtisadiyyatı və menecment kafedrasının müdiri, professor Məhəbbət Məmmədov  və AzMİU THİK-nin sədri Bayram Aslanov  universitet rəhbərliyinə öz təşəkkürlərini bildirib, seminarın tələbələr üçün faydalı olduğunu vurğulayıblar.

Daha sonra universitetin rektoru G.Məmmədova və Mərkəzi Bankın əməkdaşları – Nəğd pul departamenti, Nəğd pulun idarəedilməsi şöbəsinin rəisi Anar Dadaşov, Nəğd pul departamenti ekspertiza şöbəsinin rəisi Zaur Yusifov, İqtisadi maarifləndirmə xidmətinin böyük mütəxəssisləri Anar Babazadə və Rövşən Qəniyev “Maliyyə savadlılığı” layihəsi çərçivəsində  seminarlarda  müvəffəqiyyətlə  iştirak  edən tələbə və gənc müəllimlərə sertifikatlar təqdim ediblər.

22.11.2017 15:54 / Baxılıb: 51 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2017
15.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo