Gəncədə qeysəriyyə yolu ilə uşaq dünyaya gətirən ana öldü

Gəncədə uşaq dünyaya gətirən ana vəfat edib. 

Məlumata görə, Samux rayon sakini, 1988-ci il təvəllüdlü Gülmirə Sədrəddin qızı Eyyubova dünən Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxananın doğum şöbəsində qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib. Əməliyyatdan bir neçə saat sonra - gecə saatlarında qadının vəziyyəti pisləşib və o, dünyasını dəyişib. Məlumata görə, bu, G. Eyyubovanın 3-cü övladı olub. 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (apa)

22.11.2017 13:22 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo