Millət vəkili: Səhiyyə xərcləri artırılmasa, problemlər artacaq

Leyla Məhərrəmova / AZADİNFORM. “2018-ci il üçün büdcə zərfi peşəkar hazırlanıb. Gələn il üçün büdcəyə 20 faiz artımın proqnozlaşdırılması iqtisadi yüksəlişdən xəbər verir. Büdcənin üçdə birindən çoxunun sosial sahəyə ayrılması Prezidentin sosial sahəyə diqqəti kimi qiymətləndirilməlidir”.

Azadinform xəbər verir ki, bunu deputat Əhliman Əmiraslanov Milli Məclisdə çıxışı zamanı deyib.

Deputat həmçinin qeyd edib ki, AMEA-nın büdcəsinin 5%-ə qədər artırılması da elmin inkişafında mühüm rol oynayacaq.

Ə. Əmiraslanov səhiyyə sahəsində olan problemlərə toxunub. O səhiyyə xərclərinin az olduğunu vurğulayıb: “Təəssüf hissi ilə demək istərdim ki, adambaşına düşən səhiyyə xərcləri azdır. Səhiyyə xərclərinin və həkimlərin maaşının az olması yeni inşa edilmiş klinikaların effektiv işləməsinə mane olur. Heç olmasa əhalinin artımını nəzərə alaraq səhiyyə xərclərini ilbəil artırmaq lazımdır”.

Deputat əlavə edib ki, əgər səhiyyə xərclərini azaltsaq və stabil saxlasaq səhiyyə sahəsində problem artacaq: “Hesab edirəm ki, səhiyyə xərcləri hökmən artmalıdır. Keçən il büdcə müzakirələrində yeni doğulan uşaqların katilyar implantasiyalarını müzakirə etdik.  Hər il eşitmə və danışma qüsurlu 150-dək uşaq doğulur. Qısa müddətdə  həmin uşaqlarda implantasiya aparılmasa onlar ömür boyu lal və kar qalırlar. Bu əməliyyatı apara bilən klinikalar var. Lakin implantlar yoxdur, onları təmin etmək üçün təqribən 2 milyon vəsait lazımdır. Ona görə də insanlar növbəyə durur. Adambaşına düşən xərcin az olduğu bir müddətdə Səhiyyə Nazirliyinin ayrılan vəsait hesabına da bunun reallaşdırması çətindir”. 

Deputat həmçinin deyib ki, orqan transplantasiyası keçirən xəstələrin antidepresant preparatları almaq imkanı yoxdur. O vurğulayıb ki, onkoloji preparatlar bahalıdır. Deputat hədəf (traqet) terapiyasının həyata keçirilməsi üçün əlavə vəsait ayrılmasını təklif edib.

22.11.2017 13:05 / Baxılıb: 80 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo