Bizdə qiymət qalxdımı, enməsi problemdir - Deputat

Leyla Məhərrəmova / AZADİNFORM. “Büdcəyə münasibət dəyişməlidir”. Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Yevda Abramov büdcə müzakirələrində çıxışı zamanı deyib.

“Biz büdcəni heç vaxt tənqid atəşinə tutmamışıq, tuta da bilmərik”, deyən millət vəkili bildirib ki, bizim büdcəmiz halaldır, lakin söhbət bu gün büdcəyə olan münasibətdən gedir: “Ona münasibət dəyişilməlidir. Dünən həmkarım Ziyad Səmədzadə sosial yönümlü bazar və büdcə sözünü işlətdi və bildirdi ki, bu terminlər bir-biri ilə uzlaşmır. Bizdə iqtisadiyyat liberaldır. Belə olan halda qiymətləri müəyyən edən tələb və təklifdir. Əgər tələb və təklif gözlənilirsə, dünya bazarında neftin qiymətinin dəyişməsi qiymətlərə təsir etməməlidir”.

Deputat qeyd edib ki, məsələn, Rusiya və Qazaxıstanda 18 adda strateji məhsulun son qiyməti ölkə prezidentinin fərmanı ilə qiymət müəyyənləşdirilir: “Lakin təəssüf ki, bizdə belə deyil. Bizdə qiymət qalxdımı, enməsi problemdir. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi bunları nəzərə almalıdır”.

22.11.2017 12:28 / Baxılıb: 333 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    3 saata viza
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo