"Hyundai" kanala düşdü - Yevlaxda

Adəm Abbaslı/AZADİNFORM. Yevlax rayonunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Azadinform-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda "Hyundai" markalı minik avtomobili qəza nəticəsində yol kənarındakı kanala düşüb.

Qarabağ Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

22.11.2017 09:00 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo