Rusiyalı senator Fransada saxlanılıb

Rusiya Federasiya Şurasının üzvü, sahibkar Süleyman Kərimov Fransanın Nitsa şəhərində polis tərəfindən saxlanılıb.

Azadinform xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 20-si axşam saatlarında Nitsa hava limanında Süleyman Kərimov saxlanılıb, o, polis məntəqəsinə aparılıb", — deyə TASS səfirliyin məlumatını yayıb.

Səfirlikdən qeyd olunub ki, Rusiya diplomatik nümayəndəliyinin əməkdaşları dərhal hadisə yerinə yollanıb.

21.11.2017 22:32 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo