Gənc Tamaşaçılar Teatrı həftəsonu 8 tamaşa nümayiş etdirəcək

AZADİNFORM. Gənc Tamaşaçılar Teatrı həftəsonu 8 tamaşa nümayiş etdirəcək.

Teatrın Mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, kollektiv noyabın 24-də saat 15:00-da  M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” əsərini, saat 19:00-da teatrın kiçik səhnəsində istedadlı yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını nümayiş etdirəcək.

Həftənin şənbə günü noyabrın 25-də saat 19:00-da Y.Abramov. L.Bəyimin “Yarımçıq qalmış”, noyabrın 26-da saat 19:00-da isə Ə.Əmirlinin “Hasarın o üzü” tamaşaları təqdim ediləcək.

Məktəblilər noyabrın 25-də saat 12:00 və 14:00-da A.Lindqrenin “Balaca və damda yaşayan Karlson”, noyabrın 26-da saat 12:00 və 14:00-da A.Tolstoyun “Buratinonun macəraları” tamaşalarını seyr edəcəklər.

Tamaşalarda teatrın istedadlı aktyorları - əməkdar artistlər Kəmalə Hüseynova, Nəsibə Eldarova, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Elnur Hüseynov, Günel Məmmədova, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Anar Səfiyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və başqaları ifa edəcəklər.

Gündüz tamaşaları 5 AZN, axşam isə 8 AZN olmaqla biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından (tiket.az-a daxil olmaqla onlayn vasitəsi ilə də sifariş edə bilərsiziniz) və "Asan Xidmət" filiallarından əldə etmək mümkündür.

21.11.2017 21:34 / Baxılıb: 102 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo