Zimbabve prezidenti Robert Muqabe istefa verdi

Zimbabve prezidenti Robert Muqabe istefaya gedib. 

Azadinform TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

"Mən Robert Qabriel Muqabe rəsmi olaraq Zimbabvenin prezidenti vəzifəsindən istefa verdiyimi bəyan edirəm. Qərar bu andan qüvvəyə minir", - R.Muqabe istefa ərizəsində göstərib. 

O, məktubunda həmçinin ölkədə hakimiyyət dəyişikliyinin heç bir problem yaşanmadan baş verməsi üçün bu addımı atdığını qeyd edib: "Mən könüllü şəkildə istefa verirəm. Qərarımın qısa müddət ərzində ictimaiyyətə çatdırılmasını istəyirəm". 

Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı – Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb. Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.

21.11.2017 21:09 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo