Almaniyada terror aktına hazırlıqda şübhəli bilinən suriyalılar saxlanılıb

Almaniyada İŞİD terror qruplaşması ilə əlaqəli olmaqda şübhəli bilinərək saxlanılan suriyalılar Essen şəhərindəki Milad yarmarkasında terror hücumu həyata keçirməyi planlaşdırırmış.

Bu barədə Azadinform "RİA Novosti"yə istinadən xəbər verir.

Frankfurt-Mayn şəhərinin Baş Prokurorluğundan bildiriblər ki, Almaniyanın dörd federal ərazisində aparılan antiterror əməliyyatı zamanı İŞİD üzvü olmaqda və Almaniyada terror aktı törətməyə hazırlıqda şübhəli bilinən 20-28 yaş arasında altı suriyalı saxlanılıb. Polis onlardan mobil telefonlar, noutbukları və digər materialları aşkarlayaraq müsadirə edib.

Baş Prokurorluğun məlumatına görə, onlar silah və ya partlayıcıdan istifadə edərək terror aktı hazırlayıblar, sadəcə, planı sona qədər yerinə yetirməyə vaxtları çatmayıb.

Yerli KİV şübhəlilərdən dördünün 2014-cü ilin sentyabr ayında, digər ikisinin isə 2015-ci ilin avqust və sentyabr aylarında Almaniyaya gəldiyini və qaçqın statusu almaq üçün müraciət etdiyini xəbər verib. Şübhəlilər İŞİD sıralarında Suriyadakı hərbi əməliyyatlara qatılıblar.

21.11.2017 20:11 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo