BFB daha 30 mln. manatlıq istiqraz emissiyası yerləşdirilib

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 30 mln. manat həcmində, 728 gün tədavül müddəti olan dövlət ortamüddətli istiqrazlarının (DOİ, AZ0105003641) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan Azadinform-a bildirilib ki, hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 95,6262 (14,6000%)-105,3380 manat (9,0233%) olan 20 sifariş təqdim edilib.

Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 100,0000 manat (12,0000%), ortaölçülmüş qiymət isə 100,6401 manat (11,6321%) səviyyəsində müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 876,2 min manat, yerləşdirilmiş həcmi isə 30 mln. manat təşkil edib.

Qeyd edək ki, istiqrazların ödəmə tarixi 19 noyabr 2019-ci ildir. Hərrac iştirakçıları 22 noyabr 2017-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidir. 

21.11.2017 19:58 / Baxılıb: 55 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo