İraqdan Qarabağ Çelsi oyununa baxmağa gəldilər Fotolar

Samir Soltanov/AZADİNFORM. Sabah Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununa maraq həddən artıq böyükdür. 

Azadinform "Qafqazinfo"ya istinadən xəbər verir ki, hətta xarici ölkələrdən də bu qarşılaşma üçün fanatlar Bakıya gəlib. “Çelsi” klubunun İraq fan-klubu dünəndən paytaxtımızdadır. Onlar qarşılaşmada komandalarına dəstək olacaqlar. 
İraqlı azarkeşlər hətta dünən London klubunun baş məşqçisi Antonio Konte ilə də görüşüblər. Onlar italiyan məşqçi ilə “selfie” də çəkdirməyə imkan tapıblar.









21.11.2017 19:00 / Baxılıb: 67 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo