Deputat: Biz təxminən hər həftə bir bank rəhbərinə xahiş minnətdəyik

Leyla Məhərrəmova / AZADİNFORM. Biz təxminən hər həftə bir bank rəhbərinə xahiş minnətdəyik. Çünki banklara kreditlərini qaytara bilməyən insanların evləri satışa çıxarılır. Buna görə də evləri satışa çıxarılan insanlar bizə müraciət edir

Azadinform xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qənirə Paşayeva deyib. O  bu sahədə Qazaxıstanın təcrübəsini misal göstərib. Deputat təklif edib ki, banklar kreditlərin qaytarılmasında insanlara zaman tanısın: “Onların borcları silinməsin. Amma ola bilməzmi ki, banklar kreditlərin qaytarılması üçün insanlara zaman tanısın”.
Deputat həmçinin şəhid ailələrinin sığorta pulları ilə bağlı olan problemlərindən danışıb: “Şəhid ailələri bizim başımızın tacıdır, onlar bizim üçün müqəddəsdir.  İstərdim ki,şəhid ailələrinə sığorta pulları ilə bağlı bizə müraciət edəndə biz onlara cavab verə bilək. Həmin  ailələr buna ciddi şəkildə ehtiyacları olduğunu deyirlər”.

21.11.2017 17:45 / Baxılıb: 62 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo