Yanacaqdoldurma məntəqəsindəki yanğın söndürülsə də xəsarət alanlar var - ADLAR

Adəm Abbaslı/AZADİNFORM. Lənkəranda yanacaqdoldurma məntəqəsində baş verən yanğın söndürülüb.

Bu barədə Azadinform-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, rayonun Separadi kəndində yanacaqdoldurma məntəqəsində baş verən yanğın artıq söndürülüb.

Yanğın nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Hadisə nəticəsində xəsarət alanların hər ikisi rayonun Separadi kənd sakinləridir.

Hadisə nəticəsində ağır xəsarət alan 1994-cü il təvəllüdlü Məmmədov Əbülfəz Əbülfət oğlu və 1971-ci il təvəllüdlü Allahverdiyev Çingiz Qubad oğlu ağır yanıq xəsarətləri ilə Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

21.11.2017 15:40 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo