Qurban Qurbanov: "Sabah layiqli oyun göstərməyə çalışacağıq"

"Sabah layiqli oyun göstərməyə çalışacağıq".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərənin "Çelsi” komandasına qarşı oyun ərəfəsində keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, sabahkı oyun həm "Qarabağ", həm də rəqib üçün vacib matçdır: "Hər şeyi başa düşürük, rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Bu, Bakıda son matçımızdır".

Oyunöncəsi təzyiqə toxunan Q.Qurbanov qeyd edib ki, Çempionlar Liqası bir nömrəli turnirdir, burada azarkeşlər daha yaxşı nəticə gözləyirlər: "Təzyiq həmişə olur ki, bu da normaldır. Lakin vəziyyəti düzgün qiymətləndirməliyik. Biz "Çelsi”yə qarşı oynayırıq. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Rəqib komandanın futbolçuları meydanda düşünülmüş şəkildə hərəkət edirlər".

Ağdam təmsilçisinin baş məşqçisi futbolçularına güvəndiyini qeyd edib: "Biz qrupda üçüncü yer haqqında yox, məğlub olsaq belə, azarkeşlərimizin stadiondan razı getməsi barədə düşünürük".

21.11.2017 15:05 / Baxılıb: 275 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo