Elman Rüstəmov: Xarici şok baş verməsə məzənnə sabitliyi qorunacaq

Leyla Məhərrəmova / AZADİNFORM. “Gələn il üçün 6 faiz civarında inflyasiya proqnozlaşdırılıb”.

Azadinform xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Milli Məclisdə büdcə müzakirələri zamanı deyib.

O qeyd edib ki, cari il milli iqtisadiyyatın yeni neft qiymətlərinə uyğunlaşması kimi yadda qalacaq. Bank sədrinin sözlərinə görə, cari ildə manatın məzənnəsi sabitləşib: “Mərkəzi Banka cari ildə kreditlərin verilməsi ilə bağlı heç bir müraciətlər edilməyib. 2017-ci ildə orta illik inflyasiya 13, 7 faiz təşkil edib”.

O həmçinin əlavə edib ki, son zamanlar bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin artması inflyasiyanın azalmasına mane olmuşdur: “Bu təkcə bitkiçilik deyil, heyvandarlıq məhsulları üzrə də baş verib”.

E. Rüstəmovun sözlərinə görə, milli valyutanın xarici dəyəri sabitləşib: “Məzənnənin sabitliyinin dayanıqlığı 2018-ci ildə də diqqət mərkəzində olacaq, xarici şok baş verməsə məzənnə sabitliyi qorunacaq”.

21.11.2017 13:50 / Baxılıb: 337 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo