Nurgül Yeşilçaya iranlı nazirdən qadağa

Ləman Hüseynzadə / AZADİNFORM. “Gözel Cin” filmində çəkilmək üçün İranda olan türkiyəli aktrisa Nurgül Yeşilçaya İranın Mədəniyyət Nazirliyi tərəfindən veto qoyulub.

Azadinform xəbər verir ki, mədəniyyət naziri Abbas Salihi aktrisanın rejissorluğu iranlı Bayram Fazlıya mənsub olan filmdən çıxarılmasını istəyib. Çəkilişləri İsfahanda tamamlanan layihənin prodüseri Mehrdad Fərid bununla bağlı “Abbas Salihi məndən və rejissordan Nurgül Yeşilçayı kadrdan çıxarmağımızı istədi”, -deyə bildirib: “Aktyor heyətində və ya çəkilişlərdə hər hansı dəyişiklik etməyimiz mümkün deyil. Ssenarini İran Kinematoqrafçılar İttifaqına təqdim edəndə lisenziya üçün müraciətimizdə filmdə türk aktrisanın da olacağını açıq şəkildə bildirmişdik. Məsul şəxslər buna baxmayaraq, filmi çəkməyimizə icazə vermişdilər. “Gözel Cin” Türkiyə-İranın ortaq layihəsidir. Filmi 2018-ci ilin fevral ayında Tehranda keçiriləcək Film Festivalında təqdim etməyi planlaşdırırıq”.

21.11.2017 13:35 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo