Nazir: 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır

Leyla Məhərrəmova / AZADİNFORM. “Cari ilin əvvəlindən milli valyutanın məzənnəsi möhkəmlənib. Bu müddətdə 10 faiz bənd möhkəmlənmə qeydə alınıb”. Azadinform xəbər verir ki, bu fikirləri maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə 1,2 faiz bənd profisit əldə olunub. 

Nazir vurğulayıb ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur: “2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft Fondundan transferti, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür”.

S. Şərifov həmçinin əlavə edib ki, Vergilər Nazirliyi üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 mln. manat və ya 3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln. manat və ya 12,7% çoxdur. 

“Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.

2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1% təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 mlrd. manat proqnozlaşdırılır ki, bu da 2017-ci illə müqayisədə 2,965 mlrd. manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154 mlrd. manat və ya 17,8% artıqdır.

Beləliklə, 2018-ci ildə büdcənin kəsiri 778,7 mln. manat olacaq. 

Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat məbləğində proqnozlaşdırılır. İlkin layihə sənədinə əsasən, bu, 2017-ci ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur. Gələn il icmal büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir. Bu isə 2017-ci ilin proqnozuna nisbətən 3 895,4 mln. manat və yaxud 12,7% azdır”.

21.11.2017 13:25 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo