Cəbhəboyu zonada döyüş atışları - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. Komanda-qərargah hərb oyunları çərçivəsində cəbhəboyu zonada yerləşən müxtəlif təlim poliqonlarında qoşunların praktiki fəaliyyəti yoxlanılması məqsədilə icra edilən döyüş atışlarının videosu yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azadinform-a verilən məlumata görə, ssenariyə əsasən bir neçə hissədə yerinə yetirilən təlimlərin əsas mərhələsində hücum əməliyyatları zamanı qoşunların qarşılıqlı əlaqəsi, hərtərəfli təminatı, idarəetmənin təşkili və digər taktiki fəaliyyətlər yerinə yetirilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov komanda-qərargah hərb oyunlarına cəlb edilən şəxsi heyətin peşəkarlığını və qarşıya qoyulan bütün tapşırıqların müvəffəqiyyətlə icra edilməsini yüksək qiymətləndirib.


Videonun linki:


https://cdn.trend.az/media/pictures/2017/11/21/video_mn_telim_211117.mp4

21.11.2017 13:15 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo