Deputat: Hər istəyən borc ala bilməyəcək

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə büdcə müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada ən az xarici borcu olan on ölkədən biridir. “Lakin hesab edirəm ki, biz borclanmaya getməliyik. Çünki borc almayan və verməyən ölkəyə kredit verilmir. Ona görə Azərbaycan da xarici borclanmaya  getməlidir. Biz xarici borclanmaya getməklə müasir texnoloji avadanlıqlar almalıyıq. Bu olmadan biz iqtisadiyyatı inkişaf etdirə bilmərik”, - deyə komitə sədri vurğulayıb.

O əlavə edib ki, artıq ölkə başçısının tapşırığına əsasən xarici borclanma ilə bağlı xüsusi strategiya hazırlanır: “Bu borclanma bizə iqtisadiyyatımızın daha da inkişafına təkan verəcək. Lakin hər istəyən borc ala bilməyəcək. Çünki bütün borclar ekspertizadan keçəcək. Lazımsız borclanmaya gedənlər isə məsuliyyətə cəlb olunacaq. Artıq bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də edilib”.

21.11.2017 12:57 / Baxılıb: 555 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo