Sabirabadda Mercedes və KamAZ toqquşdu - Ölən və yaralılar var

Adəm Abbaslı/AZADİNFORM. Daxili İşlər Nazirliyi (DİN) Sabirabaddakı yol qəzası barədə məlumat yayıb.

DİN-dən Azadinform verilən məlumata görə, noyabrın 20-də saat 8.00 radələrində Sabirabad rayonunun Bulaqlı kəndində Beyləqan rayon sakini Şamil Əsədovun idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini Asim Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Əsədovun sərnişinlərindən qızı Fidan xəstəxanaya aparılarkən yolda ölüb, digər qızı, habelə A.Həsənov xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

21.11.2017 12:23 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo