Spiker: Büdcə öz sosial yönümlülüyünü qoruyub saxlayıb

Leyla Məhərrəmova / AZADİNFORM. Milli Məclis 2018-ci il dövlət büdcəsinin müzakirəsinə başlayıb.

Azadinform xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinə daxil ona qanun layihələrinin müzakirəsinə başlanır. Müzakirələr 3 gün davam edəcək. Parlament üzvləri Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında", "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında”, "Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında", Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında, Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında qanun layihələri müzakirə edəcək.

Qeyd edək ki, iclasda baş nazir Artur Rasizadə də iştirak edir.

Giriş nitqi ilə çıxış edən Milli Məclis sədri Oqtay Əsədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi təhlükələrin qarşısını almaq mümkün olub.

O qeyd edib ki, 2017-ci ilin yaddaqalan hadisələri “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi müddətinin 2050-ci ilədək uzadılması, BTQ dəmiryol layihəsinin istifadəyə verilməsidir: “Son illərdə büdcədə gəlirlərində qeyri-neft sektorunun payı 50 %-ə çatıb. Büdcə öz sosial yönümlülüyünü qoruyub saxlayıb. Gələn il üçün real iqtisadi artım proqnozlaşdırılıb”.

21.11.2017 12:13 / Baxılıb: 257 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo