Putin: Suriyada terrorizmə qarşı mübarizə tezliklə başa çatacaq

Leyla Məhərrəmova / AZADİNFORM. Baxmayaraq ki, Suriyada bəzi qaynar nöqtələr yenidən meydana çıxa bilər, terrorizmə qarşı mübarizə tezliklə sona çatacaq.

Azadinform TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Suriya prezidenti Bəşər Əsədlə görüşü zamanı deyib: “Suriyada vəziyyəti stabilləşdirmək üçün çox iş görülüb. Hesab edirəm ki, yaxın gələcəkdə biz Suriyada terrorizmə qarşı mübarizəni başa çatdıracağıq”.

Qeyd edək ki, Putin Rusiyanın ali rütbəli hərbçilərini Əsədə təqdim edərək onların Suriyanın xilas edilməsində böyük rol oynadığını deyib.

Rusiya prezidenti həmçinin əlavə edib ki, Əsəd təqdim edilən hərbçilərin çoxunu şəxsən tanıyır.

21.11.2017 10:32 / Baxılıb: 329 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo