İlin ən çox qazanan müğənnisi bəlli oldu

Adəm Abbaslı/AZADİNFORM. "Forbes" jurnalı 2017-ci ilin ən çox qazanan qadın müğənlilərinin reytinqini açıqlayıb.

Məlumata görə, reytinq siyahısına Beyons başçılıq edir. Onun 2017-ci ildə gəliri 105 milyon dollar təşkil edib.

İkinci 29 yaşlı britaniyalı müğənni Adel olub. Onun gəliri 69 milyondur. Üçüncü pillədə isə 44 milyon dollar gəlirlə Teylor Svift qərarlaşıb.

Həmçinin, ilk onluğa Selin Dion (42 mln.), Ceniffer Lopes (38mln.), Dolli Parton (37 mln.), Rihanna (36 mln), Britni Spirs (34 mln.) və Barbara Streyzend (30 mln.) daxil olublar.

21.11.2017 09:25 / Baxılıb: 399 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo