Rza Zərrabın məhkəməsi təxirə salındı

ABŞ-da həbsdə olan tanınmış iş adamı Rza Zərrab və “Halkbank”ın sabiq icraçı direktoru Mehmet Hakan Atilanın məhkəmə prosesi 4 dekabra təxirə salınıb.

Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmə prosesi üçün 27 noyabrda jüri heyəti seçiləcək.

Ötən həftə Türkiyə Xarici İşlər Nazirliyi R.Zərrab haqqında məlumat əldə bilmədiyi üçün ABŞ-a iki dəfə nota verib. İş adamına sui-qəsd cəhdi olduğu iddia edilmişdi.

Qeyd edək ki, hər iki şəxs bank fırıldaqçılığı və “çirkli pulların yuyulmasında” ittiham edilir.

20.11.2017 23:56 / Baxılıb: 64 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo