Tanınmış repçi cütlük boşandı

Türkiyəli məşhur repçi cütlük Sagopa Kajmer (Yunus Özyavuz) və Koleranın (Esen Güzel) 11 illik evliliyi başa çatıb.

Azadinform Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Y.Özyavuz sosial mediada açıqlama verib.

Repçi həyat yoldaşına onun üçün etdiklərinə görə minnətdar olduğunu bildirib:

“20 illik ən dəyərli dostum, 11 illik həyat yoldaşım Esenlə yollarımızı ayırdıq. Bundan sonra hər ikimiz üçün tamam başqa həyat var. Ona görə də paylaşımlarınızda bizi bir-birimizə işarələməyin. Şərhlərinizdə üzücü olmayın”.

Y.Özyavuz əlavə edib ki, layihələrinə də yalnız davam edəcək.

20.11.2017 23:37 / Baxılıb: 95 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo