Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi istefa verib

Suriya müxalifətinin liderlərindən biri, ölkənin sabiq baş naziri Riyad Hicab Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi vəzifəsindən istefa verib.

Azadinform-un məlumatına görə, bu barədə “Əl-Ərəbiyə” telekanalı xəbər verib.

Riyad Hicabın istefası bir neçə gündən sonra Ər-Riyadda müxalifətin keçirəcəyi görüş ərəfəsində baş tutub. Görüş Cenevrədə BMT himayəsi altında keçirilən danışıqların iştirakçılarının müəyyənləşdirilməsinə yönəlib. Səudiyyə Ərəbistanı paytaxtında görüş noyabrın 22-24-ə planlaşdırılıb. 

20.11.2017 22:57 / Baxılıb: 49 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo