Astarada 29 yaşlı kişi intihar edib

Astara rayonunda 29 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb. 

Hadisə rayonun Şümrüd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun geri qayıtmamağından və telefon zənglərinə cavab verməməyindən narahat olan ailə üzvləri axtarışa başlayıb. V.Musayev axtarış zamanı evlərinə yaxın meşə ərazisində ağacdan asılmış vəziyyətdə ölü tapılıb.

Onun üç uşaq atası olduğu bildirilir. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. 

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb. (report)

20.11.2017 21:23 / Baxılıb: 60 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo