Azərbaycan İtaliyaya yerli sənaye parklarında birgə müəssisələr yaratmağı təklif edib

AZADİNFORM. İqtisadiyyat naziri Şahin Mustafayev İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini ilə görüşüb.

Azadinform İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Azərbaycan-İtaliya siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu və əməkdaşlığın uğurla davam etdiyini qeyd edib, ölkə prezidentinin indiyə qədər İtaliyaya rəsmi səfərlər etdiyini diqqətə çatdırıb, ölkələr arasında əlaqələrin inkişafında yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığa dair sənəd imzalanıb və 2014-cü ildə bu sənəddə əməkdaşlığın əsas istiqamətləri əksini tapıb.

İki ölkə arasında iqtisadi əlaqələrə gəlincə, Ş.Mustafayev İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, Azərbaycanda 87 İtaliya sərmayəli şirkətin fəaliyyət göstərdiyini, İtaliya şirkətlərinin ölkədə həyata keçirilən layihələrdə podratçı qismində də iştirak etdiklərini qeyd edib. Onun sözlərinə görə, ölkələr enerji sahəsində də uğurla əməkdaşlıq edir, bu sahədə birgə layihələr həyata keçirilir. İtaliya Cənub Qaz Dəhlizi layihəsinin son təyinat ölkəsidir. Layihənin uğurla yerinə yetirildiyini diqqətə çatdıran nazir onun icrasında Trans Adriatik Boru Kəməri (TAP) layihəsi üzrə İtaliya hökumətinin dəstəyinin vacibliyini vurğulayıb.

Azərbaycanla İtaliya arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən nazir sənaye, ticarət, kənd təsərrüfatı, tekstil, əczaçılıq, tranzit, turizm və s. sahələrdə əməkdaşlıq üçün imkanları vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan İtaliyaya kənd təsərrüfatı məhsulları, xüsusilə də fındıq, meyvə-tərəvəz ixrac edə bilər. Bununla yanaşı, Ş.Mustafayev İtaliyanın şərabçılıq sahəsində böyük təcrübəyə və texnologiyalara malik olduğunu nəzərə alaraq, bu sahədə əməkdaşlıq imkanını diqqətə çatdırıb. İtaliya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə, ölkədə yaradılan sənaye parklarında birgə müəssisələr yaradıla bilər.

İndiyə qədər Azərbaycanla İtaliya arasında 10-dan çox biznes forum və işgüzar görüşün keçirildiyini xatırladan nazir “Milan Expo 2015” sərgisində Azərbaycanın ilk dəfə milli pavilyonla təmsil olunduğunu və ölkəmizin investisiya imkanları barədə təqdimatın keçirildiyini qeyd edib. O bildirib ki, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və İtaliya-Azərbaycan Ticarət Palatasının iştirakı ilə geniştərkibli görüş keçirilə bilər.

A.Massarini isə Azərbaycanda fəaliyyətindən məmnunluğunu ifadə edib, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətlərini diqqətə çatdırıb. O bildirib ki, TAP İtaliya üçün vacib və prioritet layihələrdəndir. Səfir AZPROMO və İtaliya-Azərbaycan Ticarət Palatasının iştirakı ilə görüşün təşkili barədə təklifi razılıqla qarşılayıb, Azərbaycanda daha çox İtaliya şirkətinin fəaliyyətində və layihələrdə iştirakında maraqlı olduqlarını vurğulayıb. 

20.11.2017 20:11 / Baxılıb: 61 / Çap
 
    Bu bölmədə
    16.12.2017
    Neft ucuzlaşıb
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo