MTN-in həbsdə olan polkovniki apellyasiya şikayəti verib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Bu barədə onun vəkili Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, apellyasiya şikayəti Bakı Hərbi Məhkəməsinə təqdim edilib.

Vəkil bildirib ki, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, hökmə əsasən, Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyonluq əmlakının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib. (report)

20.11.2017 19:48 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo