BDU-nun professoru vəfat edib

Samir Soltanov/AZADİNFORM. Bakı Dövlət Universitetinin (BDU) professoru Talətdin Bağırov vəfat edib. 

BDU-dan Azadnform-a verilən məlumata görə, T.Bağırov respublikanın tanınmış fizik alimi, BDU-nun Maddə quruluşu kafedrasının professoru, Fizika elmləri doktoru olub. 
Talətdin Bağırov 20 may 1960-cı ildə Siyəzən rayonunun Dağ-quşçu kəndində anadan olub. 1982-ci ildə BDU-nun Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1985-1988-ci illərdə BDU-nun aspirantı olub. 1988-ci ildə «Temperatur, moçevina və qeyri-üzvi elektrolitlərin dekstranla bir sıra qeyri-ion polimerlərin uyuşmasına təsiri» mövzusunda namizədlik dissertasiyası müdafiə edib, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. 2005-ci ildən BDU-nun Fizika fakültəsinin dosentidir. 2011-ci ildə «Polimer-su ikifazalı sistemlərinin hal diaqramlarının və bir sıra bioloji təbiətli maddələrin nisbi hidrofobluqlarının tədqiqi» mözusunda doktorluq dissertasiyası müdafiə edib, fizika elmləri doktoru alimlik dərəcəsi alıb. 2013-cü ildə Maddə quruluşu kafedrasının professoru vəzifəsinə seçilib.

20.11.2017 18:02 / Baxılıb: 58 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo