66 yaşlı qadını yaralayaraq evindən oğurluq edən şəxs saxlanılıb

Samir Soltanov/AZADİNFORM. Qəbələdə oğurluq məqsədilə evə basqın edən şəxs saxlanılıb. 

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, noyabrın 18-də səhər saatlarında Qəbələ Rayon Polis Şöbəsinə şəhər sakini olan qadına qarşı quldurluq edilməsi barədə məlumat daxil olub. 
Dərhal həmin ünvana gələn istintaq-əməliyyat qrupu tərəfindən müvafiq tədbirlər görülüb, xəsarət almış 66 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla evə zirzəminin pəncərəsindən girmiş maskalı şəxsin onun baş, qol və sinə nahiyələrinə bıçaqla xəsarət yetirməsi, 115 manatını və qızıl üzüyünü alması müəyyən edilib. Görülmüş təxirəsalınmaz tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq Polis Şöbəsinə gətirilib. 
Bakı şəhər sakini olan Natiq Paşabəyli müxtəlif yalanlar uydurmaqla məsuliyyəti boynundan atmaq istəsə də, tutarlı faktlar qarşısında törətdiyi cinayət əməlini etiraf edib. Onun həmin qadının yaxın qohumu olması, bir gün əvvəl taksi ilə Qəbələyə gəldiyi, tamah məqsədilə bu əməli törətdiyi müəyyən edilib. 
Polis əməkdaşları tərəfindən onun cinayətdə istifadə etdiyi əlcək rayon ərazisində atdığı yerdən, götürdüyü qızıl üzük isə paytaxtda satdığı mağazadan aşkar olunaraq maddi sübut kimi götürülüb. 
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri aparılır.

20.11.2017 16:42 / Baxılıb: 190 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo