Ölkəyə siqaret qutusunda həşiş qətranı keçirtmək istədi

Samir Soltanov/AZADİNFORM. Narkotik vasitə kinoloji xidmət itinin reaksiyası əsasında aşkarlanıb. 

Dövlət Gömrük Komitəsindən Azadinform-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Yük şöbəsində Azərbaycan ərazisindən tranzit gömrük proseduru altında keçməklə İrandan Qazaxıstana gedən yük avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. 
Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin dartıcısının kabinəsinə xidməti it reaksiya verdiyi üçün həmin nəqliyyat vasitəsi saxlanılıb və əsaslı yoxlanılıb. Nəticədə, kabinənin yataq yerinin üzərində sürücüyə məxsus əl çantasının içərisindəki siqaret qutusunda xalis çəkisi 0,421 qram təşkil edən narkotik vasitə - həşiş qətranı aşkar olunub. 
Faktla bağlı araşdırma aparılır.

20.11.2017 16:15 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo