Antonio Konte: Qarabağla görüş bizim üçün mövsümün ən vacib qarşılaşması olacaq

Samir Soltanov/AZADİNFORM. “Bu görüş bizim üçün cari mövsümün ən vacib qarşılaşması olacaq”. 

Azadinform xəbər verir ki, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte noyabrın 22-də “Qarabağ”la Bakıda keçiriləcək Çempionlar Liqasının qrup oyunu ilə bağlı açıqlamasında bildirib. İtaliyalı mütəxəssis qeyd edib ki, “Qarabağ”la matçda qazanılacaq qələbə bizə 1/8 finalda oynamaq imkanı verəcək: “Bu, çox vacibdir. Amma qalib gəlmək asan olmayacaq. Çünki onlar “Atletiko” ilə iki matçda uduzmayıblar. “Roma” ilə görüşdə məğlub olsalar da, sonadək mübarizə apardılar. Ona görə də qələbə qazanmaq üçün oyuna yaxşı köklənməli, üzərimizdə işləməliyik”.

20.11.2017 15:28 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo