Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır

Samir Soltanov/AZADİNFORM. “Rusiya ilə Azərbaycan strateji tərəfdaşlardır. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq var. Bu gün biz ticari və digər sahələrdə də əlaqələrin genişləndirilməsi məsələlərini də müzakirə etdik”. 

Azadinform xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib. Nazir qeyd edib ki, biz beynəlxalq platformalarda eyni mövqedən çıxış edirik: “Biz, həmçinin Xəzərin statusu ilə bağlı məsələlərdən danışdıq”. 

Lavrov vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır: “ATƏT-in Minsk qrupunun həmsədri kimi bu məsələnin həlli üçün səylərimizi davam etdirəcəyik. İnanıram ki, münaqişənin həllində diplomatiya qalib gələcək. Bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında öz əksini tapıb. Menyu masa üzərindədir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub. Bu və digər elementi çıxarmaq mümkün olmur. Əks tərəf düşünə bilir ki, tarazlıq pozulur. Diplomatiya hər iki tərəf üçün məqbul olan variantı tapacaq”.

 

20.11.2017 13:32 / Baxılıb: 288 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo