Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən yanaşmalar var

"Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanln rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim". 

Məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Nazir bildirib ki, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb. 
"Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status kvo qəbuledilməzdir və qeyri-sabitdir", - deyə E. Məmmədyarov qeyd edib. (apa)

20.11.2017 13:24 / Baxılıb: 390 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo