ÇL Sabah qrup mərhələsinin V turu başlayır

Samir Soltanov/AZADİNFORM. Sabah futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start veriləcək. 

Azadinform xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər. 

“G” qrupunda yer alan və növbəti mərhələyə vəsiqəni təmin edən Türkiyə təmsilçisi “Beşiktaş” doğma meydanda “Porto”nu qəbul edəcək. “H” qrupunun lideri “Tottenhem” isə səfərdə autsayder “Borussiya Dortmund”un qonağı olacaq. 
Gün ərzində keçiriləcək qarşılaşmalar aşağıdakılardır:

 


“E” qrupu

 

“Sevilya” (İspaniya) – “Liverpul” (İngiltərə)

“Spartak” (Rusiya) – “Maribor” (Sloveniya)

 


“F” qrupu

 


“Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə)

“Napoli” (İtaliya) - “Şaxtyor” (Ukrayna)

 


“G” qrupu

 


“Beşiktaş” (Türkiyə) – “Portu” (Portuqaliya)

“Monako” (Fransa) – “Leyptsiq” (Almaniya)

 


“H” qrupu

 


APOEL (Kipr) – “Real Madrid” (İspaniya)

“Borussiya” (Dortmund, Almaniya) - “Tottenhem” (İngiltərə).

20.11.2017 12:24 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo