Torpaq uçqunu - Fəhlə 3 metr dərinlikdə qaldı

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda fəhlə işlədiyi zaman bədbəxt hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu, təxminən 3 m dərinlikdə torpaq altında qalıb.

Məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib. Mürəkkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunub. Xilasetmə tədbirləri nəticəsində vətəndaş Ə. Bağırzadə xilas olunub. Əməliyyat başa çatıb.

18.11.2017 09:58 / Baxılıb: 43 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
    15.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo