Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşıb.

Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

Qeyd edək ki, hər iki makradan olan benzin ölkəmizə xaricdən idxal olunur. İdxalçılar qiymət artımını mənbə ölkələrdə (əsasən Rumıniya) bahalaşma ilə əlaqələndirir.

İdxalçılar iddia edir ki, bu markadan olan benzin sürücülərin az bir qismi tərəfindən istehlak olunur. Bundan başqa, o da vurğulanır ki, qiyməti dövlət (Tarif Şurası) tərəfindən tənzimlənən “Aİ-92” markalı benzinin və dizel yanacağında bahalaşma gözlənilmir.

Xatırladaq ki, Azərbaycanda “Aİ-98” (“Super") markalı benzinin satışı dayandırılıb. Sözügedən markalı benzinin idxalı və satışı ilə məşğul olan "SOCAR Petroleum" QSC-nin mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəyli bildirib ki, fasilə təxminən 1 ay davam edəcək: “Artıq yanacaq sifariş verilib. Gömrük rəsmiləşdirilməsinə sərf olunan vaxtı da nəzərə alsaq, yeni yanacaq partiyası təxminən 1 ay sonra Azərbaycana gətiriləcək”.

Ü. Həbibbəyli bildirib ki, “Aİ-98 Super” markalı benzinin satışının dayandırılmasına səbəb mənbə ölkədə - Rumıniyada qiymətin artmasıdır.

Şirkət rəsmisi deyib ki, “Aİ-98 Super” markalı benzin tədarük olunanadək istehlakçılar "Aİ-95 Premium" markalı benzindən istifadə edə bilərlər.

Ü.Həbibbəyli əlavə edib ki, son zamanlar “Aİ-98” (“Super") markalı benzinə tələbat artıb. (apa)

17.11.2017 21:09 / Baxılıb: 69 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2017
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo