Dünyanın ən ucuz 10 şəhəri Fotolar

Samir Soltanov/AZADİNFORM. Səyahət etmək hər bir insan üçün maraqlı olub. Səyahət etdikcə insan bir çox şey öyrənir. Gəzmək gözəl olsa da, bunun birdə maddi cəhətdən xərcləri mövcuddur. Əsasən də cibimizə uyğun yerləri gəzməyi üstün tuturuq. 

Azadinform dünyanın ən ucuz tətil edə biləcəyimiz 10 şəhərini diqqətinizə çatdırır:

 


 
 

10- Mombasa/Keniya

 

 

Keniyanın ikinci böyük şəhəri olan bu liman şəhəri Hind okeanı üzərində bir adada inşa edilib. Tropik iqlimə sahib olan Mombasa dar küçələri, məscidləri, məbədləri ilə göz oxşayır. Tropik iqlim mətbəxinə sahib olan şəhərdə qiymətlər olduqca ucuzdur.

 

 

9- Kasablanka / Mərakeş

 

“Ağ Ev” mənasını verən Kasablanka Mərakeşin ən böyük şəhəri sayılır. Aralıq dənizinin sahilində yerləşir. Şəhər şöhrətinə 1942-ci ildə çəkilən eyni adlı film “Kasablanka” ilə qovuşub. 20-ci əsrdə arxitektura dəyişikliyi edilən şəhər eqzotik bir görünüşə qovuşub. Kasablanka əsasən mətbəxt mədəniyyəti ilə də diqqət çəkir. Qiymətlərin olduqca ucuz olması şəhəri turistlərin gözbəbəyinə çevirdi.

 

 

8- Kabil / Əfqanıstan

 

 

Əfqanıstanın paytaxtı və ən böyük şəhəri olan Kabil Mərkəzi Asiyada əhəmiyyətli yerlərdən biridir. Ticari və mədəni bir mərkəz olaraq mövqeyini qorumağı bacaran şəhər eyni zamanda strateji mövqeyi ilə də ölkənin ən əhəmiyyətli şəhəridir. Kabil təhlükəli yerlərdən hesab edilməsinə baxmayaraq, bir çox turistin gəzib görmək istədiyi yerlərdən sayılır. Burada otellər və mətbəxt qiymətləri sərfəlidir. Dünyaca məşhur əfqan xalçaları, pambıq və yundan hazırlanan toxuma nümunələri, mərmər, dəri və qoyun dərisi ilə qurudulmuş meyvə növləri baxımından zəngin olan şəhərdə qiymətlərdə ucuzdur.   

 

 

7- İslamabad / Pakistan

 

 

Pakistanın paytaxtı olan şəhər ölkənin digər şəhərlərinə görə daha təmiz, sadə və müasirdir. İslamabad 8 ayrı bölgəyə sahibdir. İqtisadi cəhətdən turistlər üçün ucuzdur.

 

 

6- Katmandu / Nepal

 

 

Nepalın paytaxtı və ən böyük şəhəri olan Katmandu özünə xas mistik və eqzotik havası ilə hər il milyonlarla turisti qarşılayır. Katmandu dünyanın ən ucuz şəhərlərindən biri kimi tanınır. Şəhər dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşir. Dünyada “barış şəhəri” olaraq bilinən Katmandunun istiqanlı və gülərüzlü sakinləri var. Yerli paltarları və məhsulları münasib qiymətə satılır.

 

 

5- Əlcəzair / Əlcəzair

 

Əlcəzairin paytaxtı və ən böyük şəhəri olan Əlcəzair şəhəri ölkənin eyni zamanda ticarət mərkəzidir. Əlcəzair Afrikanın ən böyük şəhərlərindən biri sayılır. Ölkənin ən böyük limanına sahib olan şəhər finikiyalılar tərəfindən qurulub. 16-cı əsrdə Osmanlı İmperatorluğunun tabeçiliyinə keçən şəhərə il ərzində yerli və xarici turistlər gəlir. Xüsusilə payız və yay aylarında gəzinti üçün məsləhət bilinən Əlcəzairdə ticarət etmək olduqca uyğun qiymətlərə başa gəlir. Şəhərdəki restoranlarda qiymət olduqca münasibdir.

 

 

4- Sofiya / Bolqarıstan

 

Paytaxt Sofiya Bolqarıstanın ən böyük şəhərlərindən biridir. Daha əvvəl uzun bir müddət Osmanlı İmperiyasının tərkibində olan tarixi şəhərin mətbəxtində hələ də türk yeməkləri qalmaqdadır. Avropa şəhərlərinə nisbətən zəngin menyuların münasib qiymətlərdə təqdim edilir. Son zamanlarda Sofiyanı ziyarət edənlərin bir qismi şans oyunlarında özlərini sınamaq üçün səyahət edir.

 

 

3- Manaqua / Nikaraqua

 

Nikaraquanın paytaxtı olan Manaqua dünyanın ucuz şəhərlərdən biridir. Ölkənin ən böyük şəhəri olan Manaquanı ziyarət edənlər hər şeyin çox ucuz olması ilə rastlaşırlar. Bu tarixi və gözəl şəhərdə otellər, pansionlar və kafelər olduqca ucuz qiymətlərlə xidmət göstərir.

 

 

2- Buxarest / Rumıniya

 

Rumıniyanın paytaxtı və ticarət mərkəzi olan bu gözəl şəhər, xüsusilə yay aylarında dünyanın dörd bir tərəfindən turist axın edir. Digər Avropa ölkələrindəki şəhərlərə müqayisə etdikdə çox ucuz qiymətə tətilin qapılarını açan Buxarest, istər otellərdəki münasib qiymətlər, istərsə də restoran və kafelərindəki hər büdcəyə uyğun gələn menyuları ilə dünyanın ucuz şəhərlərdən biri sayılır. Son dərəcə inkişaf etmiş metro və tramvay sistemi sayəsində olduqca ucuz bilet qiymətləri ilə şəhərin istədiyiniz hər nöqtəsini gəzmək mümkündür.

 

 

1- Tunis / Tunis

 

 

Aralıq dənizinin incisi sayılan Tunisin eyni adlı paytaxtı Tunis aparılan araşdırmalar və anket sorğularına əsasən dünyanın ən ucuz şəhərlərin sırasında yerləşir. Turizm sektorunda əhəmiyyətli bir payı olmağa başlayan Tunis şəhərində hər cibə uyğun otellər mövcuddur. Eyni zamanda ucuz ticarət imkanları, mətbəxt, restoranlar hər kəs üçün asanlıqla seçilən bir tətil imkanı təqdim edir.

17.11.2017 14:20 / Baxılıb: 666 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
17.12.2017
16.12.2017
 
2017 All right reserved www.azadinform.az Powered by Danneo