Prokurorluq haqqında Qanuna dəyişiklik sakit keçmədi

Leyla Məhərrəmova / AZADİNFORM. Parlamentdə “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə müzakirələr aparılır.

Azadinform xəbər verir ki, deputat Qüdrət Həsənquliyev deyib ki, Milli Məclis kollegial orqandır. Deputatın sözlərinə görə, ildə bir dəfədən gec olmayaraq baş prokuror və ya onun müavinləri Milli Məclisdə istintaq olunan cinayət işləri və ya istintaqı başa çatan işlər barədə məlumat verməlidir: “Həmçinin burada 125 deputat var, onların sualları da cavablandırılmalıdır”.

Daha sonra çıxış edən Siyavuş Novruzov deyib ki, Azərbaycan Konstitusiyasına əsasən  hökumət parlament qarşısında hesabatlıdır. Lakin digər qanuna görə, güc strukturları ali baş komandan qarşısında hesabat verir: “Onlar prezidentə hesabat verir, prezident məsləhət biləndə qəbul edir, məsləhət bilməyəndə isə onları vəzifəsindən azad edir”.

Deputat əlavə edib ki, bu qanunda dəyişiklik edilməklə Milli Məclisinin səlahiyyətləri məhdudlaşmır: “Təsəvvür edin, güc strukturu Müdafiə Naziri Milli Məclisdə hesabat verir. Hərə bildiyi tərzdə bunu mətbuata təqdim edəcək və ziddiyyətlər yaranacaq”. Onun sözlərinə görə, əsgərlərə bildirilib ki, telefonla danışarkən silah, ordunun mövqeyi haqda heç kimə məlumat verilməsin. Çünki bu gün dünyada terror baş alıb gedir. Azərbaycanda terrora qarşı mübarizədə güc strukturları addımlar atır və nəticədə Azərbaycanda sabitlik mövcuddur: “Azərbaycanı istəməyən qüvvələr var. Ona görə də biz qanunlarımızı elə qurmalıyıq ki, onların təzyiq mexanizmləri bizə təsir etməsin”. Deputat vurğulayıb ki, parlamentli dövlətlə prezidentli dövlətin fərqi var: “Türkiyədə parlamentli respublika uzun müddət özünü doğrultmadı, onlar konstitusiyada dəyişiklik edib prezidentli respublika üsul idarəsinə keçdi”.

S. Novruzov sonda deyib ki, Azərbaycan prezidentli respublikadır və bu cür strukturu olan dövlətlərlə müqayisə edilməlidir.

17.11.2017 13:55 / Baxılıb: 366 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo