Erməni tələbələr parlament binası yaxınlığında aksiya keçirir

Leyla Məhərrəmova / AZADİNFORM. Hərbi xidmət haqqında qanunun qəbul edilməsi parlamentdə tələbələrin səsinin eşidilməməsi deməkdir.

Azadinform news.am-a istinadən xəbər verir ki, bunu Elmin İnkişafı Naminə qrupun üzvü Vahan Kostanyan  Ermənistanda hərbi möhlət hüququnu ləğv edən qanunun qəbul edilməsinə qarşı  parlamentin yaxınlığında keçirilən  aksiyada deyib: “Bizim səsimiz eşidilmədiyi üçün parlamentin yanında sakit aksiya keçiririk”.

O əlavə edib ki, tələbələr bütün nəqliyyat vasitələrinin parlament ərazisinə girişinə və çıxışına mane olmaq üçün yolu bağlayıblar.

Daha sonra Vahan Kostanyan aclıq aksiyası keçirən 4 tələbəni aksiyanı dayandırmağa və piketə qoşulmağa dəvət edib. Aclıq aksiyası keçirən tələbələr Kostanyanın müraciətini qəbul edib nümayişçilərə qoşulublar. 

Qeyd edək ki, Ermənistan Milli Assambleyası Hərbi Xidmət və Hərbi Qulluqçunun Statusu haqda qanunu ikinci, yəni sonuncu oxunuşda qəbul edib.

15.11.2017 12:30 / Baxılıb: 273 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo