Ronaldonun sevgilisi ana olmaqdan yazdı Foto

Ləman Hüseynzadə / AZADİNFORM. Futbolçu Kriştiano Ronaldonun model sevgilisi Corcina Rodriqez ilk dəfə qızının şəklini paylaşıb.

Azadinform xəbər verir ki, cütlük yeni doğulmuş körpəyə Alana Martina adını qoyublar. Bu barədə Rodriqez şəxsi İnstagram hesabında paylaşdığı fotoya şərh yazaraq bildirib.

Şərhdə Alananın 12.11.2017-ci il tarixində doğulduğunu qeyd edən model xanım ana olmaqdan qürur duyduğunu vurğulayıb: “Ana olmaq və evin bütün uşaqlarını böyütmək mənə ən böyük xoşbəxtliyi gətirdi. İndi Alana Martinanın dünyaya gəlməsi ilə mümkün olduğu qədər xoşbəxtik. Xəstəxanaya çatdırıldıqdan sonra və daha əvvəl göstərdikləri qüsursuz qayğı üçün səhiyyə işçilərinə minnətdaram. Eyni zamanda, bizimlə bu günlərdə birgə olan qohumlarımıza, dostlarımıza və tanışlarımıza mesajları, zəngləri və ziyarətləri üçün təşəkkür edirəm. Bizim kiçik Alana Martinanın sağlamlığı üçün Allaha çox şükür edirik və minnətdarıq. Mən ana olmaq hissini başqa bir şeyə dəyişmərəm. Mən valideynlərimi, ailəmi sevirəm. Hər kəsə təşəkkür edirik!”

Qeyd edək ki, futbolçunun surroqat ana vasitəsilə dünyaya gəlmiş 7 yaşlı balaca Ronaldo adlı oğlu, 5 aylıq Eva və Mateo adlı əkizləri var.

15.11.2017 11:41 / Baxılıb: 381 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo