Tərtər və Ağstafa sakinlərinin evi yandı

Adəm Abbaslı/AZADİNFORM. Tərtər rayonu, Bayandur kəndində ümumi sahəsi 24 kv.m olan birmərtəbəli birotaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın söndürülüb.

Daha bir yanğın hadisəsi isə Ağstafa rayonunda qeydə alınıb. Rayonun Qarahəsənli kəndində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyalari və ev əşyaları 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

15.11.2017 11:36 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo