Ermənistanda hərbi möhlət hüququ ləğv edilir

Leyla Məhərrəmova / AZADİNFORM. Ermənistan Milli Assambleyası Hərbi Xidmət və Hərbi Qulluqçunun Statusu haqda qanunu ikinci, yəni sonuncu oxunuşda qəbul edib.

Azadinform news.am-a istinadən xəbər verir ki, 86 nəfər lehinə, 6 nəfər isə əleyhinə səs verib.

Qeyd edək ki, universitet tələbələrinin etiraz etdiyi qanun hərbi möhlət hüququnu ləğv edir.

Dünən Yerevan Dövlət Universitetinin 5 tələbəsi qanuna etiraz əlaməti olaraq aclıq aksiyası elan edib. Lakin onlardan biri səhhətində yaranan problemlə bağlı olaraq aksiyanı dayandırıb.

15.11.2017 11:00 / Baxılıb: 267 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo