Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması yaxşı məlumdur

Leyla Məhərrəmova / AZADİNFORM. “Dağlıq Qarabağ münaqişəsinin açarının hansı əllərdə olması hamımıza yaxşı məlumdur”.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Zaur Məmmədov deyib. Politoloq həmçinin bildirib ki, noyabrın 13-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir  Putin arasında görüş baş tutub. Bu gün isə Ermənistan prezidenti Serj Sarkisyan tələsik özünü Moskvaya çatdırmalıdır.

Z. Məmmədov qeyd edib ki, bu həftənin sonu isə Rusiyanın XİN rəhbəri Sergey Lavrovun münaqişənin tənzimlənməsinə dair danışıqlar aparmaq məqsədilə regiona səfəri planlaşdırılır: “Münaqişənin açarının hansı əllərdə olması hamımıza yaxşı məlumdur. Bakıda səfərdə olarkən Ərdoğan bunu bir daha bəyan etmişdir”.

Politoloqun fikrincə, görünən odur ki, Moskva münaqişənin həllinin birinci mərhələsi üçün Azərbaycana bir neçə işğal olunmuş ətraf ərazilərin qaytarılmasına razılığını verib: “Lakin bu məsələlər hələ ki gizli qalmalıdır. Düşünürəm ki, ətraf bölgələr ilə bağlı məsələyə 2018-ci ilin aprel ayından sonra aydınlıq gətiriləcək”.

15.11.2017 10:30 / Baxılıb: 470 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo