Bakının bəzi ərazilərində su olmayacaq

Adəm Abbaslı/AZADİNFORM. Bu gün paytaxtın bəzi ərazilərində suyun verilməsində məhdudiyyət olacaq.

“Azərsu”dan Azadinform-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsi ilə əlaqədar noyabrın 15-də gün ərzində Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

15.11.2017 10:15 / Baxılıb: 219 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo