Danimarka yığması DÇ-2018-ə vəsiqə qazandı

Adəm Abbaslı/AZADİNFORM. DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin sonuncu pley-off oyunu keçirilib.

Məlumata görə, köhnə qitədən mundiala yollanan sonuncu komandanın bəlli olduğu oyunda Danimarka ilə İrlandiya üz-üzə gəlib.

Danimarkada keçirilmiş ilk qarşılaşmadan tərəflər qolsuz bərabərliklə ayrılmışdılar. İkinci oyun isə gözlənilməz nəticə ilə başa çatıb.

Hesabı meydan sahibləri açsa da, sonradan toparlanan qonaqlar 5 qol vuraraq mundiala vəsiqəni darmadağınla qazanıblar.


DÇ-2018, pley-off oyunları

Avropa zonası, cavab qarşılaşması

14 noyabr


İrlandiya – Danimarka - 1:5

Qollar: Daffi, 6 - Kristensen, 29, Eriksen, 32, 63, 74, Bentner, 90 (pen.)

İlk oyun – 0:0

15.11.2017 10:00 / Baxılıb: 189 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo