Tbilisidə üç aviareys təxirə salındı

Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportunda sərnişinlərin təxliyyəsi ilə əlaqədar üç aviareys təxirə salınıb.

Bunlar Tbilisi-Astana, Tbilisi-Təl-Əviv və Tbilisi-Tehran reysləridir. 

Bu reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək. Qeyd edək ki, anonim zəng nəticəsində aeroportun fəaliyyətində fasilə yaranıb. Polis aeroportun hər iki terminalında axtarış aparıb. Partlayıcı qurğu tapılmayıb.

Sərnişinlərə aeroportun hər iki terminalına girib-çıxmalarına icazə verilib.

"112" çağrı mərkəzinə zəng vuraraq yalan məlumat vermiş şəxs axtarılır. (report)

14.11.2017 23:46 / Baxılıb: 47 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.11.2017
     
    2017 All right reserved www.azadinform.az Powered by Danneo